“Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın səsvermə hüququnun dayandırılması təşəbbüsü beynəlxalq aləmdə Azərbaycana qarşı yönəlmiş məkrli siyasətin növbəti təzahürüdür”.
Bunu hafta.az-a hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. O, qeyd edib ki, Azərbaycanın öz ərazilərini işğaldan tam azad etməsi və böyük quruculuq işlərinə başlaması bir çöx dövlətlərin və beynəlxalq güclərin xoşuna gəlməyib. Onlar Azərbaycanı hər vasitə ilə beynəlxalq aləmdə nüfuzdan salmaq, sıxışdırmaq kampaniyasına start veriblər.
“Lakin belə təşəbbüslər və qərarlar Azərbaycanın siyasətinə hər hansı bir formada təsir göstərmək gücündə deyil. Belə təşəbbüslər müvafiq beynəlxalq təşkilatların, konkret halda Avropa Şurasının rəsmən elan etdiyi prinsiplərdən və dəyərlərdən imtina etməsi, kimlərinsə əlində oyuncağa çevrilməsi kimi qiymətləndirilə bilər”.