Bu ay 142 - Çağrı Mərkəzi 165 min müraciəti cavablandırıb

11:50 30.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ay 142 - Çağrı Mərkəzi 165 min müraciəti cavablandırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən hafta.az-a verilən məlumata görə, 142 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Müraciətlər sosial dəstək tədbirləri, həmçinin əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial reabilitasiya və s. məsələlərlə bağlı olub. Zənglər saat 9:00-dan 24:00-a kimi 100 operator tərəfindən cavablandırılır.