Bu gün Tacikistanda Parlament seçkiləridir

11:47 01.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Tacikistanda ölkə üzrə 3412 seçki məntəqəsində Parlament seçkilər keçirilir.

Hafta.az "gazeta.ru" saytına istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 6:00-da başlayıb.

Müstəqillik dövründən (1991-ci ildən) parlamentin aşağı palatasına keçirilən seçkilər hər beş ildən bir olmaqla sayca altıncıdır.

Vətəndaşlar 63 deputatı seçəcək. Onlardan 41-i birmandatlı siyahı, 22-si isə partiya siyahıları üzrə seçilir.

Seçkidə 7 partiyanın (Tacikistan Xalq Demokratik Partiyası, Aqrar Partiya, İqtisadi İslahatlar Partiyası, Demokratik Partiya, Sosial Demokrat, Sosialist və Kommunist Partiyaları) namizədləri yarışacaq.

Parlamentdə yer almaq üçün partiyalar 5 faizlik baryeri aşmalı, birmandatlı dairələrdə isə namizədlər ən azı 50 faiz səs toplamalıdırlar.

Səsvermənin ilkin nəticələri martın 2-də Tacikistan Mərkəzi Seçki Komissiyası tərəfindən elan ediləcək.