Koronavirus pandemiyasının yayıldığı bub u günlərdə, dünyanın hər yerində oruc tutan müsəlmanlar bir qədər ehtiyyatlı olsalar da, İslamın qaydalarına üz çevirmək kimi fikirləri yoxdur. Yəni həkimlər insanları sürəkli şəkildə xəbərdar edir ki, virusa qarşı dirənişi artırmaq məqsədilə immuniteti güclü saxlamalıdırlar. Bunun üçün isə gün ərzində ac qalmaq olmaz. Amma belə bir xəbərdarlığa rəğmən müsəlmanlar yüzillərlə davam edən dini ənənələrindən va keçmirlər.
Bir məsələ də var ki, dünyanın hər yerində oruclu saatlar eyni olmur. Bir bölgədə oruclu müddət uzun çəksə də, başqa bir bölgədə möminlər gün qısa olduğu üçün daha az ac qalırlar. Maraqlısı odur ki, bu gün içində olduğumuz Ramazan ayının ən uzun oruclu gününü İslamın mərkəzi coğrafiyasında yerləşən ölkələrin əhalisi deyil, dünyanın şimal qütbündə yaşayan müsəlmanlar yaşamaqdadırlar. Yəni Rusiyanın ucqar şimal məntəqəsi olan, 64 dərəcə şimal en dairəsində yerləşən Murmanskda, eləcə də daha bir şimal ölkəsi olan İslandiyada yaşayan müsəlmanlar gün ərzində nə az, nə çox, düz 18 saat 19 dəqiqə oruc tutmalı olacaqlar. Səbəb də budur ki, bu il Ramazan ayı, şimal yarımkürədə yaz, cənub yarımkürədə isə yazın gəlişi ilə eyni vaxta təsadüf edir. Bu səbəbdən də şimaldan cənuba endikcə oructutma müddəditi də qısalır.
Müqayisə üçün deyək ki, 54 dərəcə cənub en dairəsində yerləşən Argentinanın Uşuaya şəhərində yaşayan müsəlmanlar şimaldakı dindaşlarından fərqli olaraq 7 saat 11 dəqiqə az, yəni 11 saat 8 dəqiqə oruc tutacaqlar.
Digər ölkələrdə orucluq müddətinin vaxtına nəzər salaq: Müsəlmanlar oruc tutmaq üçün, Norveçin paytaxtı Osloda 17 saat 27 dəqiqə, İsveçin paytaxtında Stokholmda 17 saat 21 dəqiqə, Şotlandiyanın inzibati mərkəzi olan Edinburqda 16 saat 54 dəqiqə, Moskvada 16 saat 52 dəqiqə, Kopenhagendə 16 saat 52 dəqiqə, Berlində 16 saat 30 dəqiqə, Londonda 16 saat 24 dəqiqə, Parisdə 16 saat 10 dəqiqə, Kanadanın paytaxtı Torontoda 16 saat 1 dəqiqə, Romada 15 saat 49 dəqiqə, Atfnada 15 saat 26 dəqiqə, Tahranda 15 saat 14 dəqiqə, Vaşinqtonda 16 saat 3 dəqiqə, Beyrutda 15 saat 6 dəqiqə, İslamabadda 15 saat 5 dəqiqə, Bağdadda 15 saat 3 dəqiqə, Qüdsdə 14 saat 57 dəqiqə, Qahirədə 14 saat 49 dəqiqə, Dehlidə 14 saat 44 dəqiqə, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 14 saat 30 dəqiqə, Efioyiyanın paytaxtı Əddis Əbəbədə 13 saat 46 dəqiqə, Keniyanın paytaxtında – Nayrobidə 13 saat 23 dəqiqə, Rio de Janeyroda 12 saat 42 dəqiqə, ucqar cənub ölkəsi Çilinin paytaxtı Santyaqoda 12 saat 23 dəqiqə, CAR-ın Keyptaun şəhərində 12 saat 22 dəqiqə və nəhayət, Argentinanın paytaxtı Buenos Ayresdə 12 saat 21 dəqiqə ac qalmalı olacaqlar. Digər yandan, iftar vaxtı ilə imsaq arasında vaxt Murmanskdan istiqamətlənməklə, İslandiyanın paytaxtı Reykyavik şəhərlərində 5 saat 41 dəqiqə, Osloda 6 saat 33 dəqiqə, Stokholmda 6 saat 39 dəqiqə, Şotlandiyada – Edinburqda isə 7 saat 6 dəqiqədir. Qeyd edək ki, ötən il ən qısa oruc müddəti Oman kəndlərindən birində - cəmi iki min nəfərin yaşadığı Vekan kəndində qeydə alınmışdı. Burada günəş səhər saat 11-də doğub, 14:30-da batmışdı.