Bu il Ukrayna sularında 85 nəfər həlak olub

16:44 23.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ilin əvvəlindən Ukrayna sularında 85 nəfər həlak olub.

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, Ukrayna sularında həlak olanların 7 nəfəri uşaqdır. Həlak olma faktlarının əksəriyyəti insanların donmuş göllərdə təhlükəsizliyə əməl etməmələri olub.

Dövlət Xidməti əhalini təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.