Dondurucuda 5 insan başı tapıldı - Tükürpədici cinayət

16:35 26.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskva tibb mərkəzindəki soyuducuda beş insan başı tapılıb.

Hafta.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

İstintaq Sankt-Peterburqda vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə açılmış cinayət işi çərçivəsində aparılıb. Belə ki, çoxsahəli tibb mərkəzinin ərazisinə baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları plastik torbalarda qablaşdırılmış cəsəd qalıqları aşkar ediblər.

Hadisənin bütün hallarını müəyyən etmək üçün götürülmüş materiallar ekspertizaya göndərilib.