Bu ölkənin seçkilərində iştirak faizi aşağı olub

09:10 16.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransada bazar günü keçirilmiş bələdiyyə seçkilərində seçicilərin 56 faizi iştirak edib.

Hafta.az xəbər verir ki, bu barədə İPSOS təşkilatının Fransa televiziyaları üçün hazırladığı hesabatda bildirilir.

Ekspertlər seçkilərə marağın son 40 ildə azalan xətt üzrə getdiyini bildirirlər. Xüsusilə gənc nəsil arasında seçkiyə maraq azdır.

Bələdiyyə seçkilərinin ikinci turu martın 22-də keçiriləcək.