Bu polis rəislərinə general rütbəsi verildi

09:10 02.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Hafta.az-ın xəbərinə görə, sərəncama əsasən,

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

 

polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevə

 

polis polkovniki İslam Möhsüm oğlu Hümbətova

 

polis polkovniki Əkbər Məcid oğlu İsmayılova

 

polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə.