Bu rayonda qaz kəsiləcək

18:00 24.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq 

Hafta.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonunun Abbas Səhhət küçəsində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar dekabrın 25-i saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə A.Səhhət, C.Məmmədquluzadə, N.Vəzirov, H.Ələsgərova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.