Bu xəstəxanalara verilən dərman sayı artırılacaq

12:06 04.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ildə icbari tibbi sığorta sisteminin tətbiq edildiyi ərazilərdəki xəstəxanaların təchiz edildiyi dərman vasitələrinin çeşid sayı artırılacaq.

Hafta.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il dərman vasitələrinin çeşid sayı 2019-cu illə müqayisədə artırılıb. 2020-ci ildə xəstəxanaların təchiz edildiyi dərman vasitələrinin sayı 126-dan 334-ə yüksəlib.