Rusiyada növbəti 3 illik büdcəsi parlament tərəfindən təsdiqlənərək qəbul edilib.
Hafta.az-ın yazdığına görə, növbəti üç ildə prezident Vladimir Putinin qayğısı üçün büdcədə ayrılan pay 20 faiz artırılaraq 74,7 milyard rubla (751 milyon dollar) çatdırılıb.
Hökumətin Dövlət Dumasına təqdim etdiyi 2024-26-cı illər üçün federal büdcə layihəsində dövlət başçısının “fəaliyyət göstərməsi” üçün ayrılan məbləğ, demək olar ki, bir çox regionların xərclərinə bərabərdir. Parlamentin aşağı palatasının məlumat bazasında dərc olunan sənədə əsasən, əvvəlki 3 illik büdcə ilə müqayisədə Putinə xərclər 20 faiz və ya 12,79 milyard rubl artacaq.
Müşahidəçilərin fikrincə, prezidentin müdafiəsi xərcləri “İrimiqyaslı elmi və elmi-texnoloji layihələrin hazırlanması”, “İT sənayesində insan resurslarının inkişafı”, “Süni intellekt” və “İxtisaslı kadrların təmin edilməsi” kimi mühüm layihələrin maliyyələşdirilməsindən daha çoxdur.
Ümumilikdə, Rusiya prezidentinin üç illik xərcləri demək olar ki, İvanovo vilayəti (73,3 milyard rubl) və ya Kurqan vilayəti (74,6 milyard rubl) kimi orta regionun illik büdcəsinə bərabərdir.