Burnunu əməliyyat etdirmək üçün 5 GÜNLÜK KÖRPƏSİNİ SATDI

15:02 13.07.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyada 33 yaşlı qadın burnunu əməliyyat etdirmək üçün 5 günlük körpəsini satıb. Ana və körpəni aparan cütlük 'insan alveri' ittihamı ilə həbs olunarkən, vicdansız ana daha rahat nəfəs almaq üçün burnunu əməliyyat etdirmək istədiyini iddia edib.

Hafta.az xəbər verir ki, Rusiyanın Dağıstan bölgəsində yaşayan adı açıqlanmayan 33 yaşlı qadın yeni doğulmuş 5 günlük körpəsini satmaqda təqsirli bilinərək həbs edilib.

Aprelin 25-də uşaq dünyaya gətirən qadın doğulduqdan cəmi 5 gün sonra körpəsini almaq istəyən cütlüklə tanış olub.

Körpəsinə təxminən 3000 funtsterlin qiymət qoyan ana bu pulun 10 faizini xəstəxanada əmanət olaraq götürərək körpəsini uşağı olmayan cütlüyə çatdırıb. Ana daha sonra apreldə notariusa gedib. Analıq hüququndan imtina edib və pulun qalan hissəsini alıb.

Lakin satılan körpənin səhhəti yaxşı olmadığından xəstəxanada müalicə olunmalı olub. Körpəni alan cütlük xəstəxanaya gedəndə səlahiyyətlilər onlardan doğum haqqında şəhadətnaməni istəyib.
Cütlük ananın yanına qayıdıb ondan doğum haqqında şəhadətnaməni istəyəndə o, onlardan daha 100 min rubl (təxminən 1440 funt sterlinq) istəyib. Cütlük tələb olunan məbləği ödəyə bilməmiş polis tərəfindən yaxalanıb və “insan alveri”nə görə həbs edilib.

Körpəsini satan ana daha rahat nəfəs almaq üçün burnunu əməliyyat etdirmək istədiyini iddia edib.
Körpəni alan qadın ifadəsində "Bioloji ana körpəyə baxa bilmədiyi üçün onu xəstəxanada buraxmaq istədi, mən də götürdüm. İşinin, yerinin olmadığını dedi. Burnunu əməliyyat etdirmək istədiyini söylədi" deyib.

Körpəsini satmaq istəyən qadınla qonşusu vasitəsilə tanış olduğunu deyən qadın “Uşağını tək qoymaq istəmirdi, ailəyə vermək istəyirdi” deyib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin 2-ci hissəsinin “h” bəndinə əsasən cinayət törətdiyi müəyyən edilən qadına qarşı cinayət işi açılıb.