“Bütöv Azərbaycan ideyasını millətimiz bağrında yetişdirib. Lakin rus imperiya ağlı bu ideyaya çəki-düzən verib, ideyanın içi boşaldılıb, türksüz Bütöv Azərbaycan ideyası dəstəklənib və daim bölgədə rəqabət halında olan İngiltərə, 2-ci dünya savaşından sonra Amerika-Rusiya qarşıdurmasında istifadə olunub. Rus Bütöv Azərbaycançılığı Rusiyanın İranın mərkəzinə qədərki bölgələrə nəzarət etməsini əsaslandıran ideyadır. Bu ideya əsasında Rusiya Türkmənçay müqaviləsində nəzərdə tutulan ərazidən daha böyük ərazini, İranın yarısını ələ keçirəcəkdi”.
Bunu hafta.az-a tədqiqatçı alim Yasəmən Qaraqoyunlu İran molla rejiminin bu gün davam edən anti-türk siyasəti ilə bağlı açıqlamasında bildirib.
Y.Qaraqoyunlu bildirib ki, Azərbaycan şüur və düşüncə baxımından əsla dəyişməyib. Və İran təsəvvürü, İrana yanaşma tərzi da Stalin-Rus ədəbiyyatının yaydığı tezislər, ideyalar əsasında formalaşan düşüncənin əsəridir.
“İran fars höküməti ilə gərginləşən münasibətlər kontekstində bəlli oldu ki, Azərbaycanda Stalin -Bağırov Bütöv Azərbaycançılığı mənimsənilib. Ona görə də buradan televizyalara, dostlarıma müraciət edirəm: Cənubi Azərbaycan deməyin. Güney Azərbaycan deyin. Vətən sözlərdən, qavramlardan başlanır. Təkcə Azərbaycanın güneyi bizim deyil, bütün İran türklərin əsəridir”.
Y.Qaraqoyunlu qeyd edib ki, İranda çoxluq türkdür. O tarixi faktlara istinad edərək, bildirib ki, 1925-ci ildə ingilislər Fars millətini, milli kimliyini inşa etdilər və İranı fars dövlətinə çevirdilər. İranı fars dövlətinə çevirən bütün elmi konsepsiyalar, tarixi-dini əsaslandırmalar, ideologiyalar saxtadır, təkzib oluna biləndir. Türklər İranda çoxluqdur, farslardan güclüdür və mədənidir. İrandakı türk olmayan xalqları və qrupları harmoniya və uyum içində idarəetmə yetənəyinə sahibdir və farslardan daha yaxşı idarəçidirlər. Tarixi təcrübə göstərir ki, farslar irqçi, şovinist təsəvvürləri ilə son yüzillikdə İrana böyük zərbələr vurdular.
İranda Türk dövləti bərpa olunmalıdır. Farslar da o biri azlıqlar kimi bu bölgədə yaşaya bilərlər.
Qacarlar İranı 4 inzibati əyalətə bölmüşdülər.: Fars, Xorasan, Kirman, Azərbaycan. Bütöv Azərbaycan mərkəzində millət kimi Türk, coğrafiya kimi Azərbaycan Türklərin kompakt yaşadığı bölgədir. Qafqazı və Anadolunu İran platosuna bağlayan kilid bölgədir. Qacar vəliəhdləri öncə Azərbaycanda yetişdirilirdi.
Türklər mərkəzi bütöv Azərbaycan olmaqla bütün İran platosuna sahib olma haqqına malikdir. Türklər İran platosunun hər yerində, bütün bölgələrində yaşayırlar və İrandakı tarixlərinin 7 min il yaşı var.
Bizim davamız təkcə Vətən, coğrafiya-Bütöv Azərbaycan davası deyildir, həm də Türk - Millət davasıdır. Türk millətinin İran platosundakı min illik dövləti əlindən alınmışdır, qəsb edilmişdir. Bərpa olunmalıdır”.
Tarixə Qısa nəzər salmaqla Y.Qaraqoyunlu Türklərin iki davasının olduğunu deyib: - Parçalanmış Azərbaycan torpaqlarını birləşdirmək. Bütöv Azərbaycan qurmaq, İran Platosunda Türk Dövlətçiliyini bərpa etmək.
Onun fikrincə, Azərbaycan-Türk ideoloqları, strategləri, Türk dövlət ağlı bu iki davanı, ideyanı, məqsədi-tarixi, mədəni, hüquqi, siyasi, strateji konsept kimi işləməli, əlaqələndirməli, uzlaşdırmalıdır”.