Cabarov: Ermənistanın təhlükəsizliyini yalnız KTMT təmin edə bilər

18:39 05.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın təhlükəsizliyini yalnız KTMT təmin edə bilər. Ruisiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov NEWS.ru-ya müsahibəsində bu barədə danışıb.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, “hər saniyə” İrəvan KTMT-dən daha da uzaqlaşır. Onun sözlərinə görə, əgər geri dönüş nöqtəsi hələ keçilməyibsə, bu, böyük ehtimalla baş verəcək. Hələ sentyabrda Paşinyan demişdi ki, İrəvan KTMT-dən Ermənistanın suverenliyi üçün yaratdığı təhlükəyə görə ayrılıb.

Cabarovun sözlərinə görə, Rusiya Ermənistanla bütün fikir ayrılıqlarını həll etməyə ümid edir.

“Prezidentimizin dediyi mövqeyə sadiqəm. Mən sadəcə olaraq görmürəm ki, KTMT-dən başqa, Ermənistanın təhlükəsizliyini xarici təhlükə zamanı kim əvəz edə, kim təmin edə bilər”.

Cabarov ABŞ-ın İrəvan üçün yaxşı tərəfdaş ola biləcəyinə şübhə edib. O, Moskva əvəzinə Vaşinqtonla münasibətlər qurmağa çalışan Ukraynanı misal çəkib.

“Ümid edirəm ki, münasibətlərimizdə sağlam düşüncə qalib gələcək. Rusiya yaxın gələcəkdə Ermənistan xalqının yeganə həqiqi dostu olub, var və qalacaq”, - deyə rusiyalı parlamentari yekunlaşdırıb.