Yazını böyüt
Yazını kiçilt
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yenidən COVID-19-a yoluxduğunu bildirib.
Hafta.az xəbər verir ki, o, bu barədə “Twitter”də qeyd edib.
Nazirin bildirdiyinə görə, Qazaxıstanda verdiyi testin nəticəsi pozitiv çıxdıqdan sonra ehtiyat tədbiri olaraq qazaxıstanlı həmkarı Muxtar Tileuberdi ilə görüşünü videokonfrans vasitəsilə keçirib.
Qeyd edək ki, Mövlud Çavuşoğlu bir neçə gün əvvəl koronavirusdan sağalıb.