Cəlalabad şəhərinin adı dəyişdirilir – MANAS ADLANACAQ

09:42 03.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanın Cəlalabad şəhərinin meri Ernisbek Ormokov şəhərin adının dəyişdirilməsini təklif edib.

Hafta.az-ın yazdığına görə, bu təşəbbüs şəhər şurasının bu gün keçirilən növbəti sessiyasında elan olunub. İclasın gündəliyinə ilkin olaraq dörd əsas məsələ daxil edilib, lakin mer daha iki məsələyə, o cümlədən şəhərin adının dəyişdirilməsi məsələsinə baxılmasını təklif edib.

Merin sözlərinə görə, şəhərin adının dəyişdirilməsi Qırğızıstanın tarixi və mədəni irsini əks etdirən simvolik addım olacaq.