Cəlilabadda qanunsuz ov edən şəxslər saxlanılıb

14:20 25.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad və Şabran sakinlərindən qanunsuz silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, daxil olan məlumat əsasında Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 24-də Uzuntəpə kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri S.Həsənov və E.Qurbanov saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan “TOZ-12” və “TOZ-16” markalı ov tüfəngləri və 8 ədəd çöl quşu götürülüb.

Eyni zamanda Şabran rayonu, Əmirxanlı kəndi ərazisində isə qanunsuz ov edən kənd sakini R.Məmmədov saxlanılıb. 

Ondan “MR-155” markalı ov tüfəngi və 4 ədəd patron götürülüb.