Cənubi Koreya Şimali Koreya ilə birləşmək üçün yeni plan hazırlayır

13:39 27.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreya hakimiyyəti 2023-cü ildə Şimali Koreya ilə birləşmə planı hazırlamaq niyyətindədir. Bu barədə Koreya Respublikasının Birləşmə Nazirliyinin məlumatınd deyilir.

“Yeni Gələcək Birləşmə Təşəbbüsü” adlanan plan ekspertlərin iştirakı ilə və ictimaiyyətin rəyi nəzərə alınmaqla tərtib olunacaq.

Nazirlik qeyd edir ki, birləşmə planı azadlıq, insan hüquqları, açıqlıq və ünsiyyət kimi ümumbəşəri dəyərlərə əsaslanacaq. Seulun planına görə birləşmə dinc və demokratik olacaq.

Birləşmə Nazirliyi həmçinin KXDR-dən qaçanlara dəstək sistemində islahatlar aparmağı və Cənubi Koreyalılara Şimali Koreyanın rəsmi qəzeti “Rodong Sinmun”u oxumağa icazə verməyi planlaşdırır.

Oxunma sayı 170