Bugünlərdə “Şərq-Qərb” nəşriyyatında Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadənin “İdrakın üfüqləru” kitabı işıq üzü görüb.
Hafta.az-ın məlumatına görə, elmi redaktoru fil.ü.f.d., dosent Nərgiz Cabbarlı olan kitabda oxucular N.Şəmsizadənin türkçülük, ana dili, şəxsiyyət, müstəqillik dövrü ədəbi prosesinin ziddiyyətli yönləri haqqında da maraqlı yazılar oxuya biləcəklər.
Müəllifinpolemika doğuracaq, bir çox mübahisələrə səbəb olacaq düşüncələrini əks etdirən məqalələr türkçülük məfkurəsinə, müasir ədəbi tənqidin estetik problemlərinə həsr olunub. “Tənqiddə meyarsızlıq sindromu” məqaləsi oxucuların marağına səbəb olacaq.
Bundan başqa, böyük mütəfəkkir tənqidçi Yaşar Qarayevin nəzəri görüşlərindən bəhs edən “İdrakın üfüqləri” araşdırması da kitabda təqdim edilən dəyərli əsərlərdəndir.