Ceyhun Bayramov, Ararat Mirzoyan və Blinkenin iştirakı ilə üçtərəfli görüş başlayıb

19:00 27.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da Azərbaycan, Ermənistan xarici işlər nazirləri və ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş başlayıb.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter“də məlumat yayıb.

Bildirilib ki, görüş ABŞ Dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə Virciniya ştatının Arlinqton şəhərində, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutub.

Xatırladaq ki, Entoni Blinken bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyanla ikitərəfli görüşlər keçirib.

Siyasət rubrikasından digər xəbərlər