Ceyhun Bayramov Gürcüstan Prezidenti ilə görüşüb

16:58 22.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti. Mixeil Kavelaşvili ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq və yaxın dostluğu bir daha təsdiqləyərək, əsas sektorlar üzrə yüksək səviyyəli dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.