Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışıb

23:34 30.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

30 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

XİN-dən hafta.az-a bildirilib ki, nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Siyasət rubrikasından digər xəbərlər