Ceyhun Bayramov səfirin ölümü ilə bağlı başsağlığı verdi

18:00 22.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luka Attanazio və bir polis əməkdaşının hücum nəticəsində həlak olması ilə bağlı başsağlığı verib.

 

Hafta.az-ın məlumatına görə, nazir bu barədə öz "Twitter" səhifəsində yazıb.

 

O baş verən hadisə ilə bağlı təəssüfünü bildirib: "Həlak olanların yaxınlarına və dost İtaliya xalqına dərin hüznlə başsağlığı veririk".