Çəyirtkə sürüsü hava limanına hücum etdi

20:30 11.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün İstanbul hava limanında qeyri-adi hadisə yaşanıb.

Hafta.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, minlərcə çəyirtkə aeroportun uçuş-eniş zolaqlarından birini istila edib.

Sürü əraziyə çəyirtkələrlə qidalanan çox sayda qağayıların toplaşmasına da səbəb olub.  

Aparılan dərmanlama işlərindən sonra çəyirtkələrin bir qismi ölüb, qalanları isə hava limanından uzaqlaşıb.