Çikaqoda Azərbaycan bayrağı ucaldılıb

16:59 30.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə Çikaqo şəhərində 28 may – Respublika Günü münasibətilə aksiya keçirilib.

Komitədən hafta.az-a verilən məlumata görə, aksiya zamanı Çikaqo şəhərinin mərkəzində yerləşən "Daley Center"də Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılıb.

 

Azərbaycan bayrağının 3 gün ərzində həmin ərazidə dalğalanması nəzərdə tutulub.