Çin “Vaqner”ə iki casus peyk satıb

09:44 06.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rus muzdlu qruplaşması "Vaqner"in 2022-ci ildə Çində yerləşən bir şirkətlə iki peyk almaq və onların görüntülərindən istifadə etmək üçün müqavilə imzalayaraq, Ukraynanın işğalı üçün Rusiyanın kəşfiyyat işlərinə kömək etdiyi öyrənilib.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, müqavilə “Vaqner” qrupunun döyüş meydanında əsas rol oynadığı işğalın başlamasından altı ay sonra - 2022-ci ilin noyabrında imzalanıb.

Avropa təhlükəsizlik mənbəsi bildirib ki, peyk görüntülərindən “Vaqner”in Afrikadakı əməliyyatlarına, hətta iyunda uğursuz üsyanına kömək üçün də istifadə edilib. Sözügedən üsyan “Vaqner”in qurucusu Yevgeni Priqojinin öldürülməsinə və sonradan qrupun faktiki dağılmasına səbəb olub.