Yazını böyüt
Yazını kiçilt
Çində iyuldan etibarən ilk dəfə sutka ərzində koronavirusa yeni yoluxma halı aşkarlanmayıb. Reuters agentliyi xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Agentlik xatırladır ki, iyulda olkədə koronavirusun növbəti dalğasının başlanması elan olunmuşdur. O, 20 iyul tarixində bir neçə hava limanı işçisi arasında aşkarlanan infeksiyalarla əlaqədardır.
O vaxtdan Çində cəmi 1200 yoluxma halı qeydə alınmışdır. Onların bir hissəsi “Delta” ştamının payına düşüb. Ölüm halı qeydə alınmamışdı. Mütəxəssislər hesab edir ki, buna səbəb ölkədə tətbiq edilən sərt karantın tədbirləridir/virtualaz.org