Yazını böyüt
Yazını kiçilt
Çinin cənubundakı Quansi Cuan Muxtar Rayonunda 5,2 bal gücündə zəlzələ olub.
Çin Seysmologiya Mərkəzi xəbər verir ki, yeraltı təkanlar rayonun Beyliu yaşayış məntəqəsi ərazisində yerli vaxtla 22:55-də (Bakı vaxtı ilə 18:55) baş verib. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.
Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.