Çindən kənarda koronavirusa yoluxanların sayı 3000-ə çatdı

10:39 27.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çindən kənarda yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 2918 nəfərə çatıb.

Hafta.az xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Hesabata görə, saat 13:00 (GMT+4) üçün Çindən kənarda 459 yoluxma halı qeydə alınıb, ölənlərin sayı 43 nəfərə çatıb. Ümumilikdə yoluxma halları Çindən kənarda 38 ölkədə qeydə alınıb. 

Qeyd edək ki, yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 78 mini ötüb, onlardan 2715 nəfəri ölüb, 29 mindən artıq insan isə sağalıb.