Bu il mayın 3-də Ayın qaranlıq tərəfini tədqiq etmək üçün göndərilən “Change-6 rover” missiyasını tamamlayıb və uğurla Yerə qayıdıb.
Hafta.az-ın yazdığına görə, Çinin Daxili Monqolustan muxtar bölgəsindəki Sizzivanqi uçuş-enmə zolağına enən vasitə, 63 illik insan kosmos tarixində ilk dəfə olaraq Ayın qaranlıq hissəsindən torpaq nümunələrini Yerə çatdırmağı bacarıb.
Çin kəşfiyyat vasitəsi 3 may 2024-cü ildə “Long March-5 Y8” raketi ilə Haynan adasındakı Vinçang Kosmik Mərkəzindən buraxılıb. Nəqliyyat vasitəsi 2024-cü il iyunun 2-də Ayın Cənub Qütbü - Aitken hövzəsi daxilində planlaşdırılan əraziyə enib, torpaq nümunələrini toplayıb və iyunun 4-də Ayın səthini tərk edib. Ümumilikdə, bütün əməliyyatlar 53 gün çəkib.
Ayın öz ətrafında və Yer ətrafında fırlanma sürəti bərabər olduğundan, onun bir tərəfi həmişə Yerə baxır. Yerdən görünməyən hissəsi “qaranlıq tərəfi” adlanır. “Qaranlıq” ifadəsi işığın yoxluğuna işarə etmir, ancaq bu bölgənin planetin yaxın tərəfinə nisbətən daha az tanınmasıdır. 2019-cu ilin yanvar ayında Ayın səthinə enən Çin tədqiqat vasitəsi, Ayın "qaranlıq və ya uzaq tərəfi" adlandırılan əraziyə enən ilk kosmik gəmidir.