COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavələr olunub

21:47 18.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına edilən əlavənin müddəti uzadılıb.

Hafta.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu müddət 2024-cü il yanvarın 2-dək uzadılıb.

Qeyd edək ki, indiyə kimi yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi oktyabrın 2-dək nəzərdə tutulmuşdu.