DİN azad olunmuş ərazilərə avtobus reysləri ilə bağlı təhlükəsizlik tədbirlərini açıqlayıb

12:24 18.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Daxili İşlər Nazirliyi olaraq işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin olunması üçün kompleks plan tədbirləri həyata keçirilir, təhlükəsizlik tədbirləri nəzarət altındadır. Təhlükəsizlik məsələsi hamımızın çox diqqət yetirməli olduğu məsələdir”.

Hafta.az-ın xəbərinə görə, bunu işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə çıxış edərkən Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov deyib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı üç istiqamətdə işlərin görülməsi nəzərdə tutulur: “Birincisi, avtobus üzvlərinin gedəcəyi yollarla tanışlığı, orada yollarda hansı çətinlik ola bilər və s. İkinci olaraq bütün avtobuslar çıxış məntəqəsindən etibarən yol-patrul xidməti tərəfindən müşayiət olunacaq. Sonrakı mərhələdə azad olunmuş əraziyə girməmiş son duracaqda biletlər və bilet alan şəxslər yoxlanılacaq. Daha sonra isə polis əməkdaşı həmin avtobusda əyləşəcək”.