Yazını böyüt
Yazını kiçilt
Daxili İşlər Nazirliyi Dübəndi-Zirə dəmiryolu xəttində baş verən qəza ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən bildirilib ki, bu gün Bakı şəhər Xəzər rayonu ərazisində “Toyota Prius” markalı avtomobil ilə yük qatarının toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.