DİN Nazilə Səfərlinin həbsinə dair xəbərlərə münasibət bildirib

23:14 09.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

DİN şairə Nazilə Səfərlinin şairə Nazilə Səfərlinin işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirilib.

DİN Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil və həqiqəti əks etdirmir. Belə ki, N.Səfərli bir neçə nəfər şəxslə birgə daxil olmuş müraciət əsasında məlumatları portala əlavə edilməklə tam qanuni şəkildə səfər edib.