DİN Ucardakı yanğınla bağlı məlumat yayıb

17:07 24.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 12 radələrində Ucar Rayon Polis Şöbəsinə rayonun Təzə Şilyan kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olub.

DİN-dən hafta.az-a bildirilib ki, daxil olan məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Bu zaman yanğının baş verdiyi evdə bir nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması müəyyən edilib və hadisə yerinə gələn post-patrul xidməti bölüyünün əməkdaşı, polis serjantı Səfər Səfərli həmin şəxsi xilas etmək üçün yanğın baş verən evə daxil olub.

Polis əməkdaşının operativ müdaxiləsi nəticəsində vətəndaşın həyatı xilas edilib və o, xidməti avtomobillə Ucar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Evdə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının səyi nəticəsində söndürülüb və yaxınlıqda olan digər tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Oxunma sayı 1540