Yazını böyüt
Yazını kiçilt
Sosial şəbəkələrdə Zaqatalada sahibsiz itlərin zəhərlənərək öldürülməsi ilə bağlı fotolar yayılıb.
Hafta.az-ın məlumatına görə, sosial şəbəkədə yayılan məlumatda itlərin kütləvi şəkildə zəhərlənərək öldürüldüyü iddia olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, həmin cəsədlər bir müddət əvvəl Zaqatala şəhəri Qaladüzü adlanan ərazidə ölən itlərin cəsədləridir.
"Qeyd olunan məsələ ilə bağlı rayon polis şöbəsində araşdırma aparılıb, baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən verilən rəyə əsasən itlərin xəstəlikdən öldüyü bildirilib", - deyə məlumatda qeyd olunub.