Daha 98 mina zərərsizləşdirilib

14:52 14.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azad olunan ərazilərdə aprelin 7-dən 13-dək 12 tank əleyhinə mina, 86 piyada əleyhinə mina, 224 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1245.5 hektar ərazi minalardan təmizlənib.