Daha bir boksçumuz dünya çempionatının 1/8 finalında

17:57 05.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın daha bir boksçusu Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Hafta.az xəbər verir ki, Səidcəmşid Cəfərov ilk döyüşündə rəqibi üstələyib. 75 kiloqramda mübarizə aparan təmsilçimiz 1/16 finalda Qavin Raffertini (İrlandiya) məğlub edib. Hər üç raundu aktivinə yazan S.Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə qələbə qazanıb.

O, növbəti görüşünü ilk mərhələdən azad olan Dayqo Sunaqaya (Yaponiya) qarşı keçirəcək.

Qeyd edək ki, döyüş sentyabrın 9-da olacaq.