Daha bir qanunsuz tikili sökülüb

11:23 16.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bülbülə qəsəbəsində qanunsuz tikinti işləri dayandırılıb.

Hafta.az nazirliyə istinadən xəbər verir ki, faktla bağlı FHN-ə Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən müraciət olunub.

Bildirilib ki, Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Suraxanı Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.