Daş karxanasında bıçaqlanma - 1 nəfər yaralanıb

09:38 05.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hafta.az  xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.

Daş karxanasında 1980-ci il təvəllüdlü Əliyev Zamiq Gülağa oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.