Dəfn üzrə müavinətlər hər bir vətəndaşa verilməlidir - Fazil Mustafa

12:31 07.05.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İstənilən Azərbaycan vətəndaşı işləyib işləməməyindən asılı olmayaraq dəfn müavinətini almalıdır.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, daxil olan şikayətlərə görə vətəndaşlar dəfn üzrə müavinətlərin alınması ilə bağlı ciddi problemlər yaşayır.

Onun fikrincə, istənilən vətəndaş heç olmasa ölümündən sonra 300-400 manat olsa da bu müavinətləri almalıdır.
Deputat eləcə də “Qaynar xətti” terminin dəyişməsini təklif edib. O, bir çox nazirliklərdə “qaynar”xətlərdə müxtəlif səbəblərlə cavab verilmədiyini deyib. Onun fikrincə, adı nə olursa olsun bu məsələ öz həllini tapmalıdır.