Küveytdə havanın temperaturu +73 dərəcəyə qədər yüksəlib. Hafta.az Əl-Cəzirə kanalına istinadla xəbər verir ki, anomal istilər nəticəsində hətta maşınların plastik hissələri belə əriməyə başalyıb.
Küveyt sinoptiklərinin məlumatlarına görə, bu cür istilər son 70 ildir ki, qeydə alınmayıb. Kölgədə temperatur 54 dərəcəni göstərir.
Videogörüntülərdən də müşahidə olunur ki, maşınların plastik hissələri belə açıq günəş altında istilərə davam gətirmir.