Netflix-in izləmə siyahılarını fırtına ilə ələ keçirən yeni filmi əsl qətl üzərində qurulub.
Hafta.az-ın “El Confidencial”a istinadən yazdığına görə, cümə günü Netflix-də yayımlanan və qısa zamanda izləmə siyahılarının zirvəsinə yüksələn İspaniya trilleri “La Viuda Negra”da baş rollarda İvana Baquero, Tristan Ulloa və Karmen Maçi çəıkilib. Film mühəndis Antonio Navarro Cerdanın qətlindən və ondan sonrakı istintaqdan bəhs edir.
Təcrübəli qətl detektivi Evanın başçılıq etdiyi təhqiqat başlayanda Antonionun dul arvadı Majenin mükəmməl görünən həyatı dağılır, gənc qadının isə ikili həyatı üzə çıxır.
Tamaşaçıları ekrana çəkən detal budur ki, “La Viuda Negra” bir neçə il əvvəl İspaniyanın Valensiya şəhərində baş vermiş real və şokedici qətlə əsaslanır.
Filmi izləyənlər artıq sosial şəbəkədə öz şərhlərini paylaşmağa başlayıblar. Bir kinosevər 5 ulduzlu rəyində yazır ki, “Film insan təbiətinin real ehtiyaclarını, korrupsiyasını və həddən artıq inamını çox gözəl əks etdirir”. Başqa bir 5 ulduzlu rəydə "Tərpənmədən izlədim və çox bəyəndim. Əməyi keçən hər kəsə bravo" deyib.
“El Confidencial”ın yazarı Xose Madrid filmə 3,5 ulduz verib və "Sərbəst və sürətli, iki saat asılılıq yaradır və real hadisəyə çox uyğundur" şərhini yazıb. Madrid, həmçinin, tamaşaçıların "oyun düyməsini basdıqdan sonra gözlərinizi çəkə bilməyəcəyiniz bir istehsal" gözləyə biləcəyini söyləyib.
16 avqust 2017-ci ildə 36 yaşlı sənaye mühəndisi Antonio Valensiya şəhərinin Patraix məhəlləsindəki evinin qarşısında avtomobilinə minməyə hazırlaşarkən hücuma məruz qalıb. Sinəsindən bıçaqlanan Antonio hadisə yerində dünyasını dəyişib. Onun ibb bacısı işləyən 27 yaşlı həyat yoldaşı Mariya İsús Moreno Kanto qətldən sonra kədərli və çaşqın qadın kimi görünsə də, polis tezliklə ondan şübhələnib.
İşi araşdıran detektivlər qadının sorğu-sual zamanı sakit və hesablı rəftarını kədərli arvadın davranışı ilə uzlaşdıra bilməyiblər.
Tezliklə qadının bir neçə qeyri-qanuni əlaqəsi olduğu və ikili həyat sürdüyü üzə çıxıb.
“La Viuda Negra”nı hazırda Netflix-də izləmək mümkündür.