“Delta” ştammı daha bir ölkəyə çatdı

10:37 03.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İlk dəfə Hindistanda ortaya çıxan və sürətlə dünyaya yayılan koronavirusun “Delta” ştammına daha bir ölkədə rast gəlinib.

Hafta.az xəbər verir ki, virus Livanda 3 nəfərdən götürülmüş nümunədə aşkarlanıb.

Qeyd edək ki, xəstəliyin sayının artdığı ölkədə son 24 saat ərzində 210 yeni yoluxma olub, virus səbəbindən 2 nəfər ölüb.