Yazını böyüt
Yazını kiçilt
Aktyor Jerar Depardye Kanadanın Kvebek əyalətinin ali mükafatı - Kvebek ordenindən məhrum edilib. Bu barədə CTV telekanalı əyalət rəhbəri Fransua Leqoya istinadən məlumat yayıb.
“Jerard Depardyenin kamera qarşısında verdiyi qalmaqallı açıqlamalar beynəlxalq ictimaiyyəti şoka saldı və bu, təəccüblü deyil. O, öz davranışı ilə Kvebek ordeninin üzvlərinin reputasiyasına kölgə salır və buna görə də mən onu dərhal ordendən qovmaq qərarına gəldim”, - deyə Leqault bildirib.
Depardye 2002-ci ildə Kvebek ordeni ilə təltif edilib.
2018-ci ildə Depardye KXDR-ə səfəri zamanı təhqiramiz ifadələrə yol vermişdi. Qadınlar və azyaşlı qız haqqında təhqiramiz ifadələrin yer aldığı filmi bir gün əvvəl Fransanın “France 2” telekanalı nümayiş etdirib.