Deputat seçicilərinin şikayətlərini dinləyib

15:46 10.02.2026
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin deputatı Elnarə Akimova vətəndaşları qəbul edib, onların şikayətlərini dinləyib. Görüş Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ceyhun Məmmədovla birlikdə təşkil olunub və 2026-cı ilin fevral ayı üçün nəzərdə tutulan birinci qəbul günü çərçivəsində reallaşıb.

Hafta.az xəbər verir ki, qəbul zamanı vətəndaşlar onları narahat edən sosial və məişət xarakterli məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Müraciətlər diqqətlə dinlənilib, ayrı-ayrı məsələlər üzrə müvafiq izahatlar verilib.

Deputat Elnarə Akimova vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılacağını, qaldırılan problemlərin həlli istiqamətində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, səlahiyyətlər çərçivəsində aidiyyəti qurumlarla birgə müvafiq addımların atılacağını bildirib. Vətəndaşlarla birbaşa ünsiyyətin onların problemlərinin operativ və effektiv həllində mühüm rol oynadığı vurğulanıb.

Tahirə Qafarlı