Direktor müavinlərinin işə qəbulu üzrə müsahibələr davam edir - FOTO

14:43 08.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi davam edir.

Bu barədə hafta.az-a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, müsabiqənin test imtahanının nəticələrinə əsasən, keçid balını toplayan namizədlər bal sıralamasına uyğun olaraq müsahibələrə dəvət olunurlar. Müsahibənin vaxtı haqqında məlumat namizədlərin qeydiyyatdan keçdikləri əlaqə telefonları vasitəsilə verilir.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və fərdi səriştələri nəzərə alınır.