Mərakeş Krallığının Konstitusiya Məhkəməsi seçki kompaniyasında bəzi qaydala zidd hərəkətlərə yol verdiyini əsas gətirərək dörd millət vəkilinin mandatını ləğv edib.
Hafta.az-ın yazdığına görə, Konstitusiya Məhkəməsinin ləğv etdiyi mandatlar İstiqlal Partiyasından deputat Nurəddin Medyan, Xalq Hərəkatı Partiyasından deputat və keçmiş nazir Məhəmməd əl-Arac, Ləyaqət və Müasirlik Partiyasından millət vəkili Məhəmməd Hammuti və Milli Müstəqillər Birliyindən seçilmiş Butahir Butahiriyə aiddir.
Qeyd edək ki, mandatı əllərindən alınmış şəxslərin hamısı ötən il sentyabrın 8-də keçirilmiş seçkidə Huseymə seçki dairəsindən seçilmişdilər. Məhkəmə qətnaməsinin bir nüxsəsi Parlament sədrinə, digər nüsxəsi isə Seçki İdarəsinin sədrinə göndərilib. Seçki haqqında Qanunun 91-ci maddəsinə uyğun olaraq, Huseymə bölgəsində təkrar seçki keçiriləcək.
Xatırladaq ki, Hüseymə bölgəsində seçkinin saxtalaşdırıldığına dair şikayəti uduzmuş rəqiblərdən biri verib və nəticə də göz önündə - Konstitusiya Məhkəməsi bütün qanunsuzluqları araşdıraraq ədaləti bərpa edib.