Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov avqustun 25-də saat 15:00-da xidmətin aparatında vətəndaşlarla görüş keçirəcək.
Bu barədə hafta.az-a xidmətin mətbuat mərkəzindən məlumat verilib.
Görüşdə iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə avqustun 24-dək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.
Görüşə yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur.