DSMF-nin gəlir və xərcləri artırıldı

14:41 16.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir və xərcləri artırılır.

Hafta.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, DSMF büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 4,0 milyon manat (0,1 faiz) artırılmaqla 6 milyard 268,0 milyon manat təşkil edəcək.

 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.